Merkel karantin müddətini uzatmağı təklif etdi
22 Mart 2021 19:57 DünyaAlmaniyanın federal kansleri Angela Merkel Almaniyada qüvvədə olan karantin müddətini aprelin 18-nə qədər uzatmağı təklif edib.
Olaylar.az xəbər verir ki, bu təklif federal əyalətlər arasında yüksək səviyyədə məsləhətləşmələr üçün kanslerin dəftərxanası tərəfindən tərtib edilmiş qətnamə layihəsindən irəli gəlir.
Bu gün kansler və federal əyalətlərin hökumət başçıları koronavirus pandemiyasına qarşı mübarizədə qarşıdakı tədbirləri həsr edilmiş müşavirə keçirəcəklər.
Federal əyalətlərin Baş nazirləri tərəfindən birgə tərtib olunmuş qətnamə layihəsi artıq elan edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31