Paşinyandan istefa çağırışına cavab : QAÇMAYACAĞAM
20 Mart 2021 15:34 DünyaErmənistan baş naziri Nikol Paşinyan ölkənin sabiq prezidenti Levon Ter-Petrosyana cavab verib.
Olaylar.az xəbər verir ki, bir müddət öncə Ter-Petrosyan Paşinyanı istefa verməyə, ölkəni tərk etməyə və postu partiyasız müavininə ötürməyə çağırmışdı.
"Ola bilər ki, mən qaça bilən insana bənzəyirəm. İnsanlar məni güllələməli olduqlarına qərar verərlərsə, divarın önündə dayanacağam. Qaçmayacağam", - deyə Paşinyan bildirib. azadinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31