Yaponiyada 7,2 bal gücündə zəlzələ oldu

Yaponiyanın şimal-şərqindəki Miyagi əyaləti yaxınlığında 7,2 bal gücündə zəlzələ baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Meteorologiya Agentliyi (JMA) məlumat verib.  

Qeyd olunub ki, Miyaginin kənarında, 60 kilometr dərinlikdə zəlzələ qeydə alınıb.

Tektonik sınmadan sonra Miyagi sahilində sunami olması barədə xəbərdarlıq olunub. 

Zəlzələ eyni zamanda İvate, Akita, Gunma, Fukushima, Saitama, Aomori və paytaxt Tokionun şimal-şərqində hiss edilib. 

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31