DƏHŞƏT YAŞANIR: İnsanların əllərini bağlayıb dənizə atırlar
19 Mart 2021 15:43 DünyaYunanıstan tərəfi qaçqınlara qarşı dəhşətli əməllər törədir.
Olaylar.az metbuat.az-a istinadən xəbər verir ki, Yunanıstana məxsus adaya gedən qaçqınlar sahildə xidmət edən naməlum şəxslər tərəfindən saxlanılaraq onlara qarşı güc tətbiq edilib. Qaçqınların əşyaları əllərindən alınıb. Ardınca onların əlləri bağlanaraq dənizə atılıb.
Türkiyənin rəsmi mənbələrinin məlumatına görə, hadisə nəticəsində azı 2 nəfər boğulub. 4 qaçqın isə Türkiyənin Sahil Mühafizə Xidməti tərəfindən xilas edilib. Hadisə ilə bağlı araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31