Tanzaniyanın ilk qadın prezidenti - FOTO

Tanzaniyanın sabiq prezidenti Con Maqafulinin köməkçisi Samia Suluhu Hassan  prezident seçilib. 

Olaylar.az xəbər veriri ki, koronavirusa yoluxaraq vəfat edən 61 yaşlı Con Maqafulinin ölümündən sonra 17 Martda konstitusiyaya görə vəzifəyə başlayan  Samia Suluhu Hassanın and içmə mərasimi  keçirilib. 

Mərasimindən sonra Hassan "Biz bir millət olaraq güclüyük və liderimiz Maqufulinin qaldığı yerindən işlərimizə davam edəcəyik",-deyə vurğulayıb. 

Qeyd edək ki, Samia Suluhu Hassan Tanzaniyanın ilk qadın prezidentidir. 

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31