Avropa epidemiyanın üçüncü dalğasının astanasındadır
19 Mart 2021 12:35 DünyaAvropa ölkələrində "Covid-19"a yoluxma və ölüm halları artıqca epidemiyanın üçüncü dalğası narahatlığı yaranıb.
Olaylar.az xəbər verir ki, "Worldometers" saytına görə Fransa, Polşa, İtaliya, Çexiya və Almaniyada gündəlik koronavirusa yoluxma sayında artım müşahidə olunur. Artıq bir çox ölkələr- Fransa, Polşa, İtaliya, Macarstanda sərt karantin qaydaları müəyyənləşdirilib.
Fransada son 24 saat ərzində 34 min 998 nəfər virusa yoluxub, 268 nəfər virusun qurbanı olub. Polşada son 24 saat ərzində 27 min 278 nəfər virusa yoluxub, 356 nəfər virusdan ölüb, İtaliyada isə son 24 saatda 24 min 935 nəfər virusa yoluxub, 423 nəfər virusun qurbanı olub. Macarıstanda isə son 24 saatda Covid-19 səbəbindən 207 nəfər həyatını itirib.
Bundan əlavə, Çexiya, Belçika, Almaniya da yoluxma və ölüm sayına görə ön sıralardadır.
Gülər Seymurqızı