Baydenin unutqanlığı gündəm oldu - VİDEO

Amerika Birləşmiş Ştatlarının 46-cı prezindeti Cozef Bayden Kamala Harrisi ABŞ prezidenti adlandırıb.

Olaylar.az xəbər verir ki, unutqanlığı, səhvləri və adları tez-tez qarışdırması  ilə tanın Cozef Bayden  dünən peyvəndləmə  ilə bağlı açıqlamada "prezident Kamala Harrisə" ifadəsini işlədib. 

Qeyd edək ki, Cozef Bayden seçkidə qalib gəlməzdən əvvəl Harrisin özü də, Baydenin qələbə çalacağı təqdirdə gələcək ABŞ prezident administrasiyasının planlarını dilə gətirərkən "Harris administrasiyası" ifadəsindən istifadə edib.

Əgər 78 yaşlı Cozef Bayden səlahiyyətlərini vaxtından əvvəl başa vurmalı olsa,  onda ABŞ-da prezidentlik vəzifəsini vitse-prezident  Kamala Harris icra edəcək.

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31