Növbədənkənar seçkilər Ermənistana nə vəd edir?
19 Mart 2021 11:22 DünyaÇiçəklənən Ermənistan partiyasının başçısı və bu partiyanın parlament fraksiyasının rəhbəri Qagik Tsarukyanla görüşdən sonra Ermənistan Baş Naziri Nikol Paşinyan növbədənkənar parlament seçkiisinin keçiriləcəyi haqqında hamının gözlədiyi məlumat elan etdi. Görüş zamanı biz növbədənkənar Parlament seçkilərinin daxili-siyasi vəziyyətin sbitləşdirilməsində mühüm rol oynayacağı ilə razılaşdıq. Mənim Ermənistan Prezidenti və " İşıqlı Ermənnistan" Partiyasının parlament fraksiyasının başçısı Edmon Marukyanla məsləhətləşmələrii nəzərə alaraq cari ilin 20 iyunda növbədənkənar parlament seçkisinin keçirilməsini qərara aldıq". Bəs, növbədənkənar seçkilər Ermənistana nə vəd edir? Politoloq Əlimusa İbrahimov "Olaylar"a bildirib ki, növbədən kənar parlament seçkilərinin keçirilməsi Ermənistanda vəziyyəti sabitləşdirmək üçn tələb olunan müxtəlif variantlardan biri idi: "Belə ki, " Vətənin xilası" hərəkatının başçısı və Baş Nazir postuna namizəd Vazgen Manukyan hərbi çevriliş, Baş Nazirin xalqın təzyiqi sayəsində istefaya göndərilməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsini vziyyətdən çıxış kimi irəli sürürdü. Birinci variant qeyri qanuni olduğuna və bunun həyata keçirməyin ermənistana gələcəkdə böyük problemlər gətirəcəyini qabaqcadan gördülər və Anik Gqasparyanı bu fikirdən daşındırdılar. Təklif olunan ikinci varianta gəlincə ermənistan müxalifəti noyabrın 10-dan bu məsələ ilə məşğuldur. Lakin onlar hələ də Paşinyanı hakimiyyətdən uzaqlaşdıra biləcək səviyyədə qüvvəyə malik olmadıqlarının şahidi oldular. Baş Nazir bir dəfə öz tərəfdarlarına müraciət etməklə müxalifətin bütün cəhdlərini alt - üst etdi . Onun çağırışı ilə meydana tökülənlərin sayı 17 müxalifət birləşməsinin tərəfdarlarının sayından çox oldu. Deməli, əldə qalan son variant növbədənkənar parlament seçkilərinin keçirilməsi idi ki, buna həm prezident, həm də Baş Nazir razılıq vermişdi. Müxalifətin tələb etdiyi də növbədənkənatar parlament seçkisinin keçirilməsi idi. Yəni prinsip etibarı ilə onlar da yen parlament seçkiləri keçirilməsini tələb edirdilər. Lakin növbədənkənar parlament seçkilərinin keçirilməsinə yanşmada Paşinyanla müxalifət arasında fərqli düşüncələr var. Müxalifət Baş Nazirin istefa verməsini və bütün səlahiyyətlərin Vazgen Manukyanın başçılığı altında keçid hökumətinə verilməsindən sonra növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirdilər. Onlar Paşinyanın əlində olan səlahiyyətlərdən seçkini qazanmaq üçün istifadə edəcəyini bəhanə gətirirdilər. Əslində isə Paşinyan hakimiyyətdə ola-ola seçkilərdə qalib gələ bilməycəklərini düşünürdülər. Paşinyan da öz növbəsində hakimiyyəti əldən vermək fikrində olmadığını artıq çoxdan sübut edib. O bilir ki, istefa verən kimi qarşı tərəf seçkidə qalib gəlmək üçün müxtəlif bəhanələrlə onu xalq düşməni elan edib həbsxanaya atacaqlar.
Deməli, Paşinyanın növbədənkənar seçkilərin hətta tarixini müəyyənləşdirməsinə baxmayaraq qarşıdurmanın aradan qaldırılacağı haqqında proqnoz vermək üçün hələ tezdir. Çünki müxalif qüvvələr və xüsusilə Qarabağ klanının ermənistanı çapıb-talayan görkəmli nümayəndələri , Koçaryan və Sarkisyan da əldə olunan qərardan heç razı qalmayacaq və mübarizəni daha da qızışdıracaqlar. Növbədənkənar parlament seçkiləri Paşinyanın yenidən hakimiyyətə gəlməsi nilə nəticələnəcək. Bu isə onlar üçün ən dəhşətli ssenaridir. Bundan sonra hadisələrin Ermənistanda hansı istiqamətdə gedəcəyini proqnozlaşdırmaq da bir qədər mürəkkəbdir. Yaxın bir neçə gündə müxalifət bu şəkildə növbədənkənar parlament seçkilərinin keçiriməsini qəbul etməyərək insanları küçələrə tökməyə çalışacaq. Təbii ki, Baş Nazirlə bəzi müxalif qüvvələrin güzəştə gedərək növbədənkənar seçkilər keçirməyə razılaşması müxalifətin qüvvəsini zəiflədəcək və sonda onlardan bəziləri iyunda olacaq seçkilərə qoşulacaq, daha radikallar isə baykot qərarı qəbul etməklə etməklə meydandan çəkiləcəklər. Beləliklə Paşinyana yardım etmiş olacaqlar".