Putin: ABŞ prezidenti Baydenlə görüşməyə hazıram

Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden Rusiya prezidenti Vladimir Putinin "qatil" adlanmdırmasından sonra iki ölkədən ard-arda açıqlamalar gəldi.

Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden Rusiya prezidenti Vladimir Putini "qatil" adlanmdırmasından sonra iki ölkədən ard-arda açıqlamalar gəlib.

Olaylar.az xəbər verir ki,  Cozef Bayden Putin haqqında istifadə etdiyi  ifadəsindən peşman olmadığını elan edib. Putin Cozef Baydeni canlı yayımda debata çağırıb:

"Baydeni yalnız canlı yayım şərti ilə  debata çağırıram.  Rusiya və  ABŞ xalqları kimi  bir çox başqa ölkələr də bu məsələdə maraqlı görünür" 

Putinin bu  çağırışından sonra Ağ  Evdən açıqlama gəldi:  "ABŞ Rusiya ilə konstruktiv  əlaqələr qurmaq istəyir" .

Qeyd edək ki, Cozef Bayden ABC News kanalına müsahibəsində Putinin qatil  olduğunu və 2020-ci ildə ABŞ-da keçirilən seçkiyə müdaxilə  etdiyini deyib. Bu ifadədən sonra iki ölkə  arasında münasibətlər gərginləşib.

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31