Fransada bir ay müddətində komendant saatı tətbiq ediləcək

Fransada "Covid-19"a yoluxma və ölüm  sayı artdığına görə, bugündən sərt karantin tətbiq ediləcək.

Olaylar.az xəbər verir ki, Fransa Baş Naziri Cean Castex  başda Paris olmaqla bir sıra digər bölgələrdə sərt  karantin tətbiq ediləcəyini açıqlayıb.  Bugündən 16 bölgədə 1 ay müddətində  komendant saatı tətbiq ediləcək.
Qeyd edək ki, Fransada son 24 saatda 34 min 998  nəfərin virusa yoluxması ilə koronavirus xəstələrinin sayı  4 milyon 146 min 609-a çatıb. Bugünədək 91 min 679 nəfər virusun qurbanı  olub. 

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31