Myanmadakı etiraz yürüşlərində bugünədək 217 nəfər həyatını itiribını itirib
18 Mart 2021 16:43 DünyaMyanmada hərbi çevrilişə və seçilmiş hökumət üzvlərinin tutulmasına qarşı etiraz nümayişlərində polis və ordunun atəş açması nəticəsində ölən aksiyaçıların sayı 217 nəfərə çatıb.
Olaylar.az xəbər verir ki, Myanma Siyasi Həbsçilərinə Yardım Təşkilatının yayımladığı hesabata görə, son 24 saat ərzində 9 etirazçının ölümü ilə ümumi insan itkisi 217 nəfərdir, 1872 nəfərin isə hələ də həbsdə olduğu qeyd edilib.
Ölkənin bir çox şəhərlərində - Yangon, Mandalay, Magvay və Bagoda insanlar bu aksiyaları qınayaraq küçələrə axışıb.
Qeyd edək ki, 2020-ci ilin 8 Noyabr tarixində keçirilən seçkilərdəki saxtakarlıq ölkədəki siyasi gərginliyi artırıb. 2021-ci il fevralın 1-də Myanmada hərbçilər hakimiyyəti ələ keçirərək ölkə üzrə fövqəladə vəziyyət rejimi elan edib. Myanma Prezidenti Vin Min, Myanmanın xarici işlər naziri və dövlət müşaviri Aun San Su Çji və hökumətin bir sıra üzvləri saxlanılıb.
Gülər Seymurqızı