Putindən Baydenin "qatil" sözünə cavab
18 Mart 2021 15:51 DünyaRusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Cozef Baydenə cavab verib.
Olaylar.az xəbər verir ki, Putin cavabında "Maraqlandığımız mövzularda ABŞ ilə işlərimizi davam etdirəcəyik. Hər kəs özünü necə görürsə, başqalarını da elə görür. Baydenə can sağlığı diləyirəm", - prezident vurğulayıb.
Qeyd edək ki, Bayden Putinin "qatil" olduğunu və ABŞ seçkilərinə müdaxiləsinə görə hesab verəcəyini dedikdən sonra iki ölkə arasındakı gərginlik artdı. Baydenin bu sözünə Rusiyadan ard-arda cavablar gəlir.
Gülər Seymurqızı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31