Onik Qasparyan vəzifəsinə geri qaytarıldı - Paşinyanın təklifi rədd edildi

General-polkovnik Onik Qasparyan bugündən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında vəzifəsinə davam edəcək.

Olaylar.az  xəbər verir ki,  Armen Sarkisyanın O.Qasparyanın istefaya göndərilməsi üçün  Konstitusiya Məhkəməsinə  müraciətinin nəticəsi  açıqlanıb. Belə ki, Onik qasparyan məhkəmənin qərarı ilə yenidən işinə qayıdıb. 

Qeyd edək ki, N.Paşinyan O.Qasparyanın istefaya göndərilməsi ilə bağlı ölkə prezidenti Armen Sarkisyana təqdimat göndərib.  Lakin dövlət başçısı təqdimatı etirazla birlikdə baş nazirə qaytarsa da,  N.Paşinyan geri çəkilməyib və Baş Qərargah rəisinin vəzifədən azad olunması üçün ikinci dəfə prezidentə təqdimatla müraciət edib. A.Sarkisyan bu dəfə də qərarı imzalamayıb və geri göndərib. Hökumət başçısı O.Qasparyanın işdən çıxarılması üçün üçüncü dəfə dövlət başçısına təqdimat verib. Prezident baş nazirin təqdimatını bu dəfə də imzalamayaraq Konstitusiya Məhkəməsinə müraciət edib.

Eyni zamanda, O.Qasparyan baş nazirin təqdimatı ilə bağlı İnzibati Məhkəməyə şikayət edib.

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31