Rusiyada oğul anasının xəyanət etdiyini atasına dedi, ana isə oğlunun ağzına benzin tökərək onu yandırdı - FOTO

Rusiyanın Kursk şəhərində  Anastasiya Baulina adlı 31 yaşlı ana 8 yaşlı oğlunun ağzına benzin tökərək onu  yandırıb.

Olaylar.az xəbər verir ki, qadın ifadəsində oğlunun ögey atasına anasının başqa sevgilisi olduğunu və  onu ziyarət etdiyini  xəbər verib. Qəzəblənən  qadın oğlunun ağzına 1 qutu benzin tökərək onu yandırıb. Uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək  mümkün olmayıb. 

Qonşuları  Nina Çetverikova Anastasiyanın avtobus dayanacağında əri ilə dalaşdığını görüb. Onun sözlərinə  görə qəzəblənən qadın hirsini uşaqdan çıxıb.

Anastasiya Baulinanı 20 ilə qədər həbs cəzası gözləyir.

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31