Cozef Bayden: "Putin qatildir"
18 Mart 2021 11:27 DünyaAparıcının " Vladimir Putini tanıyırsınız. Bəs onun qatil olduğunu düşünürsünüz?" sualına Bayden "Bəli, Rusiya etdiklərinə görə hesab verəcək"
Bu sözləri Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden Pensilvaniya ştatına səfəri zamanı ABC News kanalına müsahibəsində deyib.
Olaylar.az xəbər verir ki, Bayden Rusiya Prezidenti Vladimir Putinin "qatil" olduğunu və ABŞ seçkilərinə müdaxiləsinə görə hesab verəcəyini dedikdən sonra iki ölkə arasındakı gərginlik daha da artdı. Baydenin bu sözlərinə Rusiyadan cavab gecikməyib.
Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonadakı səfiri Anatoliy Antonovu Rusiyanın ABŞ-la gələcək münasibətlərini müzakirə etmək üçün Moskvaya çağırdığını bildirib.
"Rusiya mütləq etdiklərinə görə hesabat verəcək"
Ağ Evin sözçüsü Cen Psaki isə Rusiya ilə münasibətlərinin Donald Tramp dövründən fərqli olacağını, Rusiyanın etdiklərinə görə hesabat verəcəyini açıqlayıb.
Gülər Seymurqızı