Latın Amerikası ölkələrində koronavirusa yoluxma və ölüm halları gündən- günə artır
18 Mart 2021 11:04 DünyaLatın Amerikası ölkələrində koronavirusa yoluxma və ölüm halları artıb.
Olaylar.az xəbər verir ki, epidemiya səbəbindən son 24 saatda Braziliyada 2 min 648, Meksikada 789, Argentinada 195, Kolumbiyada 130, Peruda 193, Çilidə 27, Boliviyada 18 nəfər ölüb.
Ən çox ölüm və yoluxma Braziliyada qeydə alınıb. Ümumilikdə bu ölkədə son 24 saat ərzində 2 min 648 nəfərin ölümü ilə ölüm sayı 284 min 775-ə, 90 min 303 nəfərlə yoluxma sayı ilə 11 milyon 693 min 838-ə yüksəlib.
Qeyd edək ki, Braziliya ABŞ-dan sonra dünyada koronavirusdan ən çox təsirlənən ölkələr sırasındadır.
Gülər Seymurqızı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31