Prezident üçün 2 həftəlik yas elan edildi
"Covid-19"a yoluxaraq vəfat edən Tanzaniya prezidenti Con Maqafuli üçün ölkədə 2 həftəlik matəm elan olunub.
18 Mart 2021 10:44 Dünya"Covid-19"a yoluxaraq vəfat edən 61 yaşlı Tanzaniya prezidenti Con Maqafuli üçün ölkədə 2 həftəlik matəm elan olunub.
Olaylar.az xəbər verir ki, virusa yoluxmamaq üçün xalqa oruc tutmağı, meyvə və tərəvəzlə qidalanmağı tövsiyə edən prezident özü koronavirusun qurbanı olub.
Müxalif qüvvələr iki həftə müddətində prezidentdən xəbər almadıqlarını açıqlasalar da, Maqafulinin köməkçisi Samiha Suluhu Hasan prezidentin ölüm xəbərini yaydı .
Qeyd edək ki, Tanzaniya "Covid-19"-a qarşı bitki mənşəli dərmanı alan ilk ölkələrdən biri idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31