Bu qız 12 yaşında universitedə DAXİL OLDU - NASA-da işləmək istəyir - FOTO-VİDEO
17 Mart 2021 13:44 DünyaABŞ-ın Arizona ştatından olan 12 yaşlı Alina Uiker vaxtından tez məktəbi bitirərək universitetə getməyə hazırlaşır. O, NASA-da işləyərək kosmik tədqiqatlarla məşğul olmaq arusundadır.

Alina uşaqlıqdan "LEGO" oynayaraq inşaat etməyi sevib. 12 yaşında qız evdə təhsil alaraq orta məktəb tədris proqramını tamamlayıb. 2021-ci ildə o, Arizona Dövlət Universitetində təhsil almağa başlayacaq.
Qız astronomiya, planetar elmlər və kimya sahəsində təhsil almağı planlaşdırır.
Alina 16 yaşında NASA-da işə düzəlmək və kosmik tədqiqatlar üçün avadanlıq yaratmaq niyyətindədir.
"Yaşınızından və nə etməyi planlaşdırdığınızdan asılı olmayaraq, istədiyiniz işlə məşğul olun, xəyal qurun və istəklərinizə nail olun", - deyə Alina öz uğurunu şərh edib.
big.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31