Müdafiə Naziri AÇIQLADI: Çin bu ölkəyə hücum edə bilər
17 Mart 2021 13:26 DünyaTayvana yeni təyin olunmuş Müdafiə Naziri Chiu Go-Chen Çinin müharibəyə başlayacağını istisna etməyib.
Olaylar.az xəbər verir ki, jurnalistlər millət vəkilindən Çinin Tayvana hücum edib-etməyəcəyini soruşduqda o belə cavab verib.
"Onlar müharibə etməyə qadirdirlər. Mənim düşüncəm həmişə hazır olmaqdırchr("39")chr("39") - deyib.
Müdafiə nazirinin dediyinə görə, Tayvan Cənubi Çin dənizindəki əsas adası olan İtu Abadada şəxsi heyyəti və silah sayını artırıb.
Nazir qeyd edib ki, Tayvan bölgədəki mövqeyini Çinin "ekspansionizmi" səbəbindən möhkəmləndirməyə başlayıb.
Chiu Go-Chen xüsusilə vurğulayıb ki, ABŞ-Tayvanın keçən il inşasına başladığı sualtı donanmasına aid ehtiyac duyduğu bütün avadanlıqların ixracat icazələrini təsdiqləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31