Suriyada bir tərəfədən aclıq hökm sürür, digər tərəfdən ərzaqlar qaçaqmalçılıq yolu ilə İraqa aparılır

Suriyada hökm sürən aclıq və  böhrandan istifadə  edən YPG / PKK  terror təşkilatları  ölkənin ərzaq ehtiyatlarını  qaçaqmalçılıq yolu ilə İraqa aparırlar. 

Olaylar.az Anadolu  Agentliyinə istinadən xəbər verir ki,   YPG / PKK  terror təşkilatları uzun müddətdir ki, İraqın Hasaka vilayətinə tonlarla buğda daşıyır.

YPG / PKK terror təşkilatı Əsəd rejiminin Qamışlı mahalındakı Manuk Un Dəyirmanını da ələ keçirib. 
Əsəd rejimi tərəfindən kifayət qədər yanacaq və buğda tədarük edilməməsi səbəbindən bəzi çörəkbişirmə müəssisələri paytaxt Dəməşq, Hələb, Humus və Hama kimi sıx şəhərlərdə dayanıb. 

Böhran qarşısında çıxılmaz vəziyyətdə olan rejim son zamanlarda nəzarətindəki vilayətlərdə  un və yanacağı da məhdudlaşdırıb.

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31