Səkkiz yaşlı qızla on üç yaşlı oğlanın videosu qalmaqal yaradıb: Qızın anası təcili bölməyə çağırıldı – FOTO
17 Mart 2021 11:14 DünyaUkraynada səkkiz yaşlı modellə on üç yaşlı blogerin videoları səs-küyə səbəb olub.
Tsn.ua xəbər verir ki, sosial şəbəkədə yeddi milyon izləyicisi olan uşaqlar yaşlarına uyğun olmayan hərəkətlərlə video paylaşırlar.
İzləyicilərin bəziləri onların "səmimi münasibətlərini" bəyənsələr də, digərləri onların səmimiliyinə inanmır.
Valideynləri isə milyonlarla baxış xatirinə uşaqlarını "sevgi və seksual hərəktlər nümayiş etdirməyə" məcburiyyətə görə günahlandırılırlar.
Qızın anası bunda pis heç nə görmür və bunların "şəxsi işləri" olduğunu deyir.
Qızın anası Kiyev vilayət polisi tərəfindən bölməyə çağırılıb./Oxu.az




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31