Fransada koronavirusun yeni variantı aşkar edilib
16 Mart 2021 15:47 DünyaFransanın şimal-qərbindəki Bretan regionunda koronavirusun yeni variantı aşkar edilib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Qeyd olunub ki, yeni variant Lanyon şəhərinin xəstəxanasında qeydə alınıb. Martın 13-də qeydə alınmış 79 yoluxma halından 8-nin yeni variant olduğu müəyyən edilib.
Fransa hökuməti zəruri məlumatları beynəlxalq səhiyyə orqanlarına ötürüb.
Qeyd edək ki, Fransada bu günədək 4 milyondan çox şəxs koronavirusa yoluxub, 90 minə yaxın şəxs vəfat edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31