Sevgilisinin xəyanətini “ağıllı” qapı zəngi sayəsində ÖYRƏNDİ – ANBAAN VİDEO
16 Mart 2021 13:45 Dünya"Charleyclark88" ləqəbli "TikTok" istifadəçisi sevgilisin ona xəyanət etdiyini "ağıllı" qapı zəngi sayəsində öyrənib.
Olaylar.az xəbər verir ki, o, bu barədə videonu özünün səhifəsində paylaşıb.
Belə ki, Çarli Klark xəyanət barədə "Ring" qapı cihazı vasitəsilə çəkilən görüntülərdən xəbər tutub. Kadrlarda onun sevgilisi qapının zəngini çalır, evdən qız çıxaraq onu öpür, daha sonra isə arxasıyca gəlib, belinə atlanır.
Məşuqəsi bu videonu "məzəli" hesab edərək kişiyə atdıqdan sonra qadın vəziyyətdən xəbərdar olub və dərhal sevgilisindən ayrılıb.
Videonu izləyən istifadəçilər qadına dəstək olublar.big.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31