Paşinyanın istefa verəcəyi tarix AÇIQLANDI

Ermənistanın hakim komandası növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı son günlər ciddi addımlar atmağa hazırlaşır.

Olaylar.az xəbər verir ki, bunu ölkənin "Past" qəzeti yazıb.

Erməninin ŞOK VƏSİYYƏTİ üzə çıxdı - "Məni Türkiyə bayrağı ilə dəfn edin" / FOTOLAR

Bildirilib ki, son iki gündə Ermənistanın baş naziri Nikol Paşinyan hakim Vətəndaş Razılaşması Partiyasının rəhbərliyi, tanınmış siyasi və ictimai xadimlər, vilayət başçıları, Yerevan rayonlarının rəhbərləri ilə görüşlər keçirib.

Məlumata görə, onları konkret olaraq N.Paşinyanın reytinqi maraqlandırır. Görüş iştirakçılarına istənilən hadisəyə, o cümlədən növbədənkənar seçkilərə hazır olmaq tapşırığı verilib.

Qəzet öz mənbələrinə istinadən yazıb ki, N.Paşinyan martın 23-dək istefa verəcək: "Fövqəladə hal baş verməzsə, o bu gün, yaxud sabah istefa verməyə hazırlaşır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31