Hindistanda məbəddən su içən müsəlman oğlana hücum edildi Video
Hindistanın Uttar Pradeş əyalətinin Qaziabad şəhərində məbəddən su içən müsəlman oğlana hindu tərəfindən hücum edilib.
15 Mart 2021 11:47 DünyaHindistanın Uttar Pradeş əyalətinin Qaziabad şəhərində məbəddən su içən müsəlman oğlana hindu tərəfindən hücum edilib.
Olaylar.az xəbər verir ki, həmin dəqiqələri əks etdirən kadrlar sosial media platformalarında paylaşılandan sonra təcavüzkar tutulub. Kadrlarda Asif adlı müsəlman uşağına yumruq vurulduğu, sonra isə yerdə təpikləndiyi məlum olub.
Human Rights Watch (HRW) təşkilatının məlumatlarına görə, son bir ildə ölkədə hindu dəstələrinin hücumuna məruz qalan, əksəriyyəti müsəlman olan azı 53 nəfər ölüb, 200-dən çox insan yaralanıb.
Qeyd edək ki, Hindistanda müsəlmanlara qarşı hücumların Baş nazir Narendra Modinin 2014-cü ildə hakimiyyətə gəlməsindən sonra artdığı bildirilir.
Həmin görüntülərə aşağıdakı linkdən baxa bilərsiniz:
https://www.youtube.com/watch?v=jhQ7J6p_8Zk
Gülər Seymurqızı