Oxford-AstraZeneca peyvəndinin istifadəsi müvəqqəti dayandırılır

Hollandiya Oxford-AstraZeneca peyvəndinin istifadəsini müvəqqəti dayandırır.

Olaylar.az xəbər verir ki, Hollandiya Səhiyyə Nazirliyindən edilən yazılı açıqlamaya görə, Hollandiya Dərman Agentliyi (CBG) tərəfindən AstraZeneca peyvəndinin profilaktik məqsədlər səbəbindən  istifadəsi müvəqqəti dayandırılıb. 

ÜST-ün Baş Direktoru Tedros Adhanom Qebreyesus  bəzi ölkələrin Oxford-AstraZeneca peyvəndinin istifadəsini dayandırılmasının və peyvəndlə bağlı araşdırmaların davam etdiyindən xəbərdar  olduğunu qeyd edib. 

Qeyd edək ki, Danimarka və Norveçdə peyvəndin  yan təsirləri aşkarlanıb.

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31