Suriyanın şimalında ballistik raket hücumu

Türkiyə ilə sərhəddə Jarablus və Bab bölgələrindəki iki ayrı nöqtədə ballistik raket hücumları baş  verib. 

Olaylar.az "Haberglobal"a istinadən xəbər verir ki,  hücumların baş verdiyi bölgələrdə  neft emalı müəssisələri olduğuna görə, bir çox tankerin yandırılması nəticəsində ciddi partlayışlar olub. 

Hadisə nəticəsində ölən və yaralanan olmasa da, əraziyə ciddi ziyan dəyib. 

Ballistik raketlər Əsəd rejimin nəzarəti altında olan Hələbdəki Küveyt Hava Limanından atılıb. 

Qeyd edək ki, 5 mart tarixində Terhin və Hamran bölgələrindəki ballistik hücum nəticəsində 4 mülki şəxs ölüb, 28 nəfər yaralanmıışdı. 

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31