İranda güclü zəlzələ oldu

İranın cənubunda 5,1 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Olaylar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Bəndər-Abbas şəhərindən 122 kilometr şimal-şərqdə, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31