Gürcüstanda güclü zəlzələ baş verdi

Gürcüstanın Oni şəhərində rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri yerin 6 kilometr dərinliyində yerləşib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31