Yunan nəşriyyatında FETÖ liderinə dəstək
12 Mart 2021 16:15 DünyaYunanıstanda FETÖ (Fətullahçı Terror Təşkilatı) lideri Fətullah Gülən haqqında Jon Pahl tərəfindən yazılmış kitab nəşr olunub.
Olaylar.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, MEGA televiziyasında tarixçi Jon Pahlın FETÖ lideri Fətullah Gülən haqqında yazdığı "Xidmətin Ömrü" adlı kitab və Gülən haqqında danışılıb.
Kitabın çap olunduğu nəşr evinin müdiri Katerina Markou çıxışında Fətullah Gülənin təkcə Türkiyədə yox, dünyanın bir çox ölkələrində bəyənildiyini və din adında etdiklərinə görə minnətdarlığını bildirib. Katerina Markou Fətullah Güləni dini lider adlandırıb.
Proqrama qatılan Fətullah Gülən isə öz növbəsində "Yunanıstan bizim üçün çox vacibdir. İki millət bir müddət qardaş kimi idi. Bəziləri səhv taktikaya uyaraq bizi dostlarımızdan və yoldaşlarımızdan ayırdı. Türkiyə və Suriya deyəndə ağıllara Yunanıstan gəlir. Yunanıstan qardaş bir ölkə olduğunu göstərdi" söyləyib.
Qeyd edək ki, FETÖ lideri Fətullah Gülən hazırda Amerika Birləşmiş Ştatlarında yaşayır.
Gülər Seymurqızı