248 erməni əsgərin meyiti hələ də morqdadı

Müharibənin başa çatmasından 4 ay keçməsinə baxmayaraq, hələ də 248 erməni əsgərin meyiti morqlarda saxlanılır.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın Azad TV kanalı məlumat yayıb. Kanal bunu laqeydlik kimi təqdim edib.

Ermənistan Səhiyyə Nazirliyi məlumatı rəsmi olaraq təsdiqləyib.

Qeyd edək ki, erməni axtarış qrupları Azərbaycan Ordusunun icazəsi əsasında Qarabağdakı döyüş meydanlarında axtarışlar aparır. İndiyə qədər 1499 erməni əsgərin meyiti tapılıb. Tapılan əsgər meyiti qalıqları da morqlara daşınır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31