Ermənistanda böhran böyüyür

Ermənistan Baş naziri Nikol Paşinyanın keçmiş Baş Qərargah rəisi general-leytenant Artak Davtyanı qərargah rəisi vəzifəsinə təyin etmək istəsə də, Ermənistan prezidenti Armen Sarkisyan Paşinyanın bu təklifini qəbul etməyib. 

Olaylar.az xəbər verir ki, Ermənistanda ordu Baş nazir Nikol Paşinyan və hökumətin istefasını tələb etdikdən sonra ölkədə başlayan etiraz aksiyaları böyüyür.

Digər tərəfdən Paşinyan tərəfindən istefaya göndərilən  Baş Qərargah rəisi Onik Qasparyan sosial media hesabında  "Baş Qərargahdan çıxarılmağım və  Paşinyanın açıqlamaları konstitusiyaya ziddir. Bu, yeni böhranın daha da böyüməsi və Baş nazirin istefası üçün  erkən parlament seçkilərinin keçirilməsi ilə  nəticələnəcək"- deyə qeyd edib. 

Qasparyan "Paşinyanın istefası" çağırışı dəstəkləyib. 

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31