BMT-dən aclıq və qıtlıq xəbərdarlığı : uşaqlar ölü heyvan dərisi və palçıqla bəslənilir

Birləşmiş Millətlər Təşkilatı 30-dan çox ölkə üçün  "aclıq və qıtlıq" xəbərdarlığı edib.

Birləşmiş Millətlər Təşkilatı 30-dan çox ölkə üçün  "aclıq və qıtlıq" xəbərdarlığı edib.

Olaylar.az xəbər verir ki, BMT-nin Təhlükəsizlik Şurasının münaqişələr və qida təhlükəsizliyi iclasında çıxış edən  Dünya Qida Proqramının direktoru David Beasley 30-dan çox ölkədə 34 milyon insanı qıtlığın gözlədiyini açıqlayıb. Direktorun sözlərinə  görə, Cənubi Sudanın  Pibor bölgəsində uşaqlar ölü heyvan dərisi və palçıqla bəslənilir.  

Beasley bu il dünyanın ən böyük aclıq böhranı ilə üzləşəcəyini, xüsusilə Konqo Demokratik Respublikasında, Əfqanıstan, Nigeriya, Suriya, Yəmən, Sudan, Cənubi Sudan və Sahel bölgəsində aclığın və qıtlığın kəskin olacağını bildirib. 

BMT Baş Katibi Antonio Guterres isə aclıq və ölümlərin qarşısını almaq üçün 5.5 milyard dollar yardım tələb edib.

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31