Pakistan "Tiktok"u qadağan etdi

Pakistan Ali Məhkəməsi Çin istehsalı olan "TikTok" sosial şəbəkəsini əxlaqa zidd hərəkətlər səbəbindən qadağan edib. 

Olaylar.az xəbər verir ki, bir şəxsin tiktokla bağlı şikayətinə  baxan hakim Kayser Rəşid Xan "TikTok"un ölkənin mədəni dəyərlərinə zidd olduğunu və tətbiqə yüklənən videoların Pakistan cəmiyyəti üçün qəbuledilməz olduğunu söyləyib. 

Qeyd edək ki, Pakistan Hindistandan sonra "TikTok"u qadağan edən 2-ci Asiya ölkəsidir. 

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31