ÜST-nın "Covid-19"u epidemiya elan etməsindən 1 il ötür

Ümumdünya Səhiyyə Təşkilatının koronavirusu epidemiya elan etməsindən 1 il ötür. 

Olaylar.az xəbər verir ki, ÜST prezidenti Tedros Adhanom Qebreyesus  11 Mart 2020-ci il tarixində virusun təklükəli olduğunu bildirib və "Covid-19"u rəsmi olaraq "epidemiya" elan etdi.

İlk dəfə Çinin Vuhan şəhərində  meydana gələn Covid-19 sürətlə  bütün ölkələrə yayıldı. Bugünədək 2 milyon 633 mindən çox insanın ölümünə səbəb olub.  

Ən çox ölüm 542 min 191 nəfərlə ABŞ-da qeydə alınıb. Ən çox yoluxma və sağalma halları da ABŞ-da qeydə alınıb. 

ABŞ-dan sonra  Braziliya (270 min 917), Meksika (192 min 488), Hindistan (158 min 213), İngiltərə (124 min 987), İtaliya (100 min 811), Rusiya (90 min 734), Fransa (89 min 565), Almaniya (73 min 276), İspaniya (71 min 961), İran (60 min 928), Kolumbiya (60 min 773), Argentina (53 min 359), Cənubi Afrika (51 min 15), Peru (48 min 323), Polşa (46 min 373), İndoneziya (38 min 49), Türkiyə (29 min 227), Ukrayna (27 min 685), Çex Respublikası (22 min 624), Hollandiya (15 min 948) yer tutur.

Dünyada epidemiya başladıqdan sonra  p Çin, ABŞ, Rusiya və Hindistan tərəfindən istehsal olunan peyvəndlər istifadə olunmağa başlayıb. 

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31