Rusiyada daha 459 nəfər epidemiyanın qurbanı olub

Rusiyada son sutkada "Covid-19"a yoluxan 459 nəfər virusun qurbanı olub. 

Olaylar.az "Worldmeters" saytına istinadən xəbər verir ki,  son sutkada 9270 nəfər koronavirusa yoluxub. 

Bununla da ölkədə virusdan ölənlərin sayı 90734  nəfərə,  yoluxanların sayı  isə 4 360 823 nəfərə çatıb. 

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31