Koronavirusa inanmayan prezident COVID-19-a yoluxdu - Vəziyyəti ağırdır
11 Mart 2021 14:45 DünyaTanzaniya prezidenti Con Maqufuli koronavirusa yoluxub.
Olaylar.az Modern.az-a istinadla xəbər verir ki, prezident hazırda Keniyada müalicə alır. Onun vəziyyəti ağır olduğu üçün süni tənəffüs aparatına qoşulub.
Con Maqufuli koronavirusla bağlı fikirləri ilə gündəm yaratmışdı.
"Biz qəti olmalıyıq- peyvəndləmə təhlükəlidir"- deyən prezident virusun Tanzaniya və ümumiyyətlə, Afrika kontinentinin sərvətlərini ələ keçirmək istəyən ağdərəili insanlar tərəfindən yaradıldığını açıqlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31