ABŞ institutu sorğu keçirdi: Nikol liderdir!

ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu Ermənistanda sorğu keçirib. Sorğuda iştirak edənlərdən "Bu bazar seçki olsa, kimə səs verərdiniz" soruşublar.

Olaylar.az Musavat.com-a istinadən xəbər verir ki, sorğuda iştirak edənlərin 42%-i sualı "heç kimə səs vermərəm" şəklində cavablandırıb.

33% Nikol Paşinyanın rəhbərlik etdiyi Mənim Addımım Partiyasına səs verəcəyini deyib.

3%-i Qagik Çarukyanın rəhbərlik etdiyi Çiçəklənən Ermənistan Partiyasına, 2%-i Robert Köçəryana, 1%-i Serj Sərkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasına, 1%-i Daşnaksütyun Partiyasına, 1%-i Vazgen Manukyanın ətrafında birləşən və 17 müxalifət partiyasının yaratdığı siyası bloka, 1%-dən azı Edmon Marukyanın rəhbərlik etdiyi İşıqlı Ermənistan Partiyasına səs verəcəyini deyib. Sorğu iştirakçılarının 12%-i isə "Bilmirəm" cavabını verib.

Qeyd edək ki, 2 il əvvəl - 9 dekabr 2018-ci ildə Ermənistanda keçirlən sonuncu parlament seçkilərdə Paşinyanın Mənim Addımım Partiyası 70,4%, Çarukyanın Çiçəklənən Ermənistan Partiyası 8,3%, Marukyanın İşıqlı Ermənistan Partiyasına 6,4%, Sərkisyanın Respublikaçılar Partiyası isə 4,7% səs toplamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31