Həyat yoldaşını öldürən sürücünü yaxalamaq üçün 32 km maşının qapısında asılı qaldı - Video

Braziliyada ər həyat yoldaşını öldürən yük maşınının sürücüsünün qaçmamağı üçün  32 kilometr maşının qapısında asılı qalıb. 

Olaylar.az xəbər verir ki, Braziliyada yük maşınının motosikletdə olan  cütlüyü vurması nəticəsində 49 yaşlı Anderson Pereyranın 47 yaşlı həyat yoldaşı Sandra Pereyra vəfat edib.  Qadının əri sürücünün qaçmasının qarşısını almaq üçün 32 kilometr boyunca maşının qapısında asılı qalmasına baxmayaraq, sürücü vurduğu motosikleti yol boyunca sürüyüb. 

Yük maşını Camboriu şəhəri içərisindəki bir təpəyə qalxdıqda yavaşlamağa başlaydığı üçün digər sürücülər tərəfindən dayandırılıb..

Polis tərəfindən nəzarətə alınan sürücü 2 gün yatmadığını və oyaq qalmaq üçün dərman qəbul etdiyini bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31