Xəstəxana xərclərini ödəyə bilməyən ailənin iki uşağı girov götürülüb

Keniyada 4 övladı dünyaya gələn ata xəstəxana xərclərini ödəyə bilmədiyinə görə iki körpəsi ailəyə verilməyib. 

Olaylar.az xəbər verir ki,  26 yaşlı Virciniya 4 uşaq dünyaya gətirib. Doğuşdan sonra onun vəziyyəti ağırlaşdığından 15 gün xəstəxanada qalmalı olub. Xəstəxana xərcləri yüksək olan ailə pulu ödəyə bilməyib. Nəticədə  2 uşaq pul ödənilənədək  xəstəxanada qalacaq.

Əgər pul ödənməsə, körpələrin xəstəxanada qaldığı hər gün üçün hesab artacaq.

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31