Dmitri Peskov ötən pandemiya ilinin Rusiyanı nədən məhrum etdiyini açıqlayıb

"Tass" xəbər agentliyinə müsahibəsində Rusiya Federasiyasının prezidentinin mətbuat katibi Dmitri Peskov pandemiya səbəbindən ölkənin intensiv inkişaf imkanlarını itirdiyini və bu zəifləməni gələcəkdə kompensasiya etməli olduğunu açıqlayıb.

Şəxsən özünə gəldikdə isə Peskov bildirib ki, virus onu "canlı" iş formatından və məzuniyyətə getmək imkanından məhrum edib.

Onu da qeyd edək ki, Dmitri Peskov ötən ilin mayında COVID-19-a yoluxaraq, üç həftə müalicə almışdı.

"İki sahil"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31