Çindən orduya "müharibəyə hazır olun" mesajı
10 Mart 2021 15:20 DünyaÇin prezidenti Si Cinpin Ümummilli Xalq Konqresindəki hərbi nümayəndə heyətinin iclasında etdiyi çıxışında ordunun hər cür çətin vəziyyətə cavab verməyə və müharibəyə hazır olduğunu bildirib.
Olaylar.az xəbər verir ki, ABŞ və Tayvanla artan gərginlik, Hindistanla sərhəddəki hadisələr və Cənubi və Şərqi Çin dənizindəki adalar arasında mübahisələri zamanı Çin Prezidenti yeni addım atdı. Belə ki, Si 2021-2025-ci illər arasındakı yeni 5 illik planın milli müdafiə və ordunun gücləndirilməsi üçün yaxşı başlanğıc nöqtəsi olduğunu bildirib.
Gülər Seymurqızı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31