Ərdoğan: Kürəkən qədər daş düşsün başınıza - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan partiyasının toplantısında çıxış edib.

Prezident çıxışında müxalifəti sərt tənqid edib.

O CHP fəallarının sosial şəbəkələrdə yazdıqlarına bu cür reaksiya verib: "Son zamanlar CHP fəalları tvit yarışındadırlar. Yatırlar, dururlar kürəkən, kürəkən deyirlər. Kürəkən qədər daş düşsün başınıza".

Qeyd edək ki, Ərdoğanın kürəkəni Türkiyənin sabiq xəzinədarlıq və maliyyə naziri Berat Albayrakdır. O bir müddət öncə səhhətində yaranan problemə görə istefa verib.

(azxeber)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31