Baydenin iti Ağ Evi bir- birinə qatdı

Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Baydenin iti Major  təhlükəli hərəkətlər səbəbindən Ağ  Evdən uzaqlaşdırılıb. 

Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Baydenin iti Major  təhlükəli hərəkətlər səbəbindən Ağ  Evdən uzaqlaşdırılıb. 

Olaylar.az xəbər verir ki, itin insanları  görən kimi  hürməyə başlaması prezident sarayında narahatlıq yaradıb. Bu səbəbdən Cozef Baydenin 3 yaşındakı Major və 13 yaşlı Çamp adlı itləri  əvvəlki sığınacaq yerlərinə  göndərilib. 

Qeyd edək ki, ABŞ-nın 46-cı prezidenti Cozef Bayden Ağ Evə  köçərkən özüylə alman cinsindən olan iki çoban iti də gətirmişdi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31