​Ermənistan Prezidentinin Bakıda səfərdə olması ilə bağlı açıqlama yayılıb

Ermənistan Prezidentinin Administrasiyası Prezident Armen Sarkisyanın Bakıda səfərdə olması barədə məlumatlarla bağlı açıqlama yayıb.

Administrasiyanın bu gün yaydığı açıqlamada A. Sarkisyanın Bakıya səfər etdiyi barədə məlumatlar təkzib olunub.

Qeyd edək ki, "İravunk" qəzeti Makedoniyanın Ermənistandakı fəxri konsulu Araik Sarkisyana istinadən məlumat yayıb ki, Prezident noyabrın 17-də Bakıda səfərdə olub. "Prezidentdən soruşun, noyabrın 17-də Bakı nə edirdi", deyə A. Sarkisyan sual edib.

"Bəzi KİV-də guya Armen Sarkisyanın noyabrın 17-də Bakıda olduğu barədə xəbərlər yayılır. Bu, açıq yalan və dezinformasiyadır. Prezident nə həmin gün, nə də digər günlərdə Bakıda olmayıb", - deyə Ermənistan Prezidentinin mətbuat xidmətinin açıqlamasında bildirilir.

azadinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31