Ekvatorial Qvineyada partlayışda ölüm sayı 98-ə çatıb

Ekvatorial Qvineyanın ən böyük şəhəri Batadaki mart ayının 7-də kazarmada baş  verən 4 böyük partlayış  nəticəsində 98 nəfər həyatını  itirib. 

Olaylar.az xarici KİV-nə  istinadən xəbər verir ki, Bata şəhərindəki xüsusi təyinatlı qüvvələrin və jandarma qoşunlarının yerləşdiyi Nkoa Ntoma  kazarmasında baş verən partlayış  səbəindən bir çox ev dağılıb. Partlayış  nəticəsində  615  nəfər yaralanıb.

42 ildir ölkəni idarə edən Prezident Teodoro Obiang   qəzanın dinamit və sursat anbarlarından məsul olan şəxslərin  səhlənkarlığı səbəbindən olduğunu bildirib. 

Gülər Seymurqızı
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31