Afrikada "Covid-19"a yoluxma sayı 4 milyonu keçdi

Afrikada yeni növ koronavirusa yoluxma sayı 4 milyon 3 min nəfərə çatıb.

Afrikada yeni növ koronavirusa yoluxma sayı 4 milyon 3 min nəfərə çatıb.

Olaylar.az  "Worldometers" veb saytına istinadən xəbər verir ki,  qitədə 106 mindən çox insan epidemiyanın qurbanı olub. 
Virusdan sağalanların sayı  isə  3 milyon 565 min 569 nəfərə çatıb. 

Qitədə ən çox xəstəlik Cənubi Afrika Respublikası, Mərakeş, Tunis, Misir, Efiopiya və Nigeriyada aşkar edilib.

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31