Türkiyədə aksiya keçirən qadınlarla polis arasında qarşıdurma - Video

Türkiyədə 8 Martda aksiya təşkil edən bir qrup qadınla polis arasında qarşıdurma yaranıb.

Olaylar.az "Haberglobal"a istinadən xəbər verir ki, aksiyanın qarşısını almaq üçün  barrikadalar quraraq tədbir görən polis qrupları tərəfindən  əllərində  şüarlar səsləndirən qadınlara yürüşü dayandırmaqla bağlı  xəbərdarlıq edilib. Qrupdakı bəzi qadınlar isə barrikada quran polis qruplarına hücum edib. 


Qarşıdurmadan bir müddət sonra qadınlar ərazini tərk ediblər.

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31