Ermənistanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Ermənistanda koronavirusa yoluxanların sayında artım müşahidə olunur.

Son iki gün ərzində 800-ə yaxın yoluxma faktı aşkarlanıb.

Ölkədə koronavirusa yoluxanların sayı 159 738 nəfərə çatıb.

Bu günədək Ermənistanda 4 mindən çox şəxs koronavirusdan ölüb.

Qeyd edək ki, karantin rejimi 2021-ci il iyulun 11-dək uzadılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31