Dəhşətli qəza BAŞ VERDİ, DEPUTAT ÖLDÜ - FOTO
8 Mart 2021 07:35 DünyaFransanın şimalında, Normandiya ərazisində helikopter qəzası olub.
Bu barədə "Europe 1" radiostansiyasına istinadən xəbər verir.
KİV-in məlumatına görə, helikopter Tuk kommunası ərazisinə düşüb.
Hadisə nəticəsində Fransa Milli Məclisinin deputatı, milyarder Olivye Dasso həlak olub. Onun 60 yaşı varmış.
Qəza zamanı həmçinin helikopterin pilotu da həlak olub.
Fransa prezidenti Emmanuel Makron həlak olanların ailələrinə başsağlığı verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31